2022-ci il fevralın 28-nə Azərbaycanda pul bazasının həcmi 13 milyard 945,6 milyon manat təşkil edir.
Eləcə də bax: Mərkəzi Bank fevralda valyuta ehtiyatlarını - ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci il dekabrın sonuna pul bazasının həcmi 17 milyard 937,6 milyon manat təşkil edib. Beləliklə, 2022-ci ilin yanvar-fevral aylarında pul bazası 22,3% azalıb.
Cari ilin fevral ayında pul bazası 98,6 milyon manat və ya 0,7% azalıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb. (İnterfaks-Azərbaycan)