Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Xerson və Zaporojsk vilayətində yerli əhali rus rublundan imtina etməyə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Melitopol şəhərinin rəhbəri İvan Fyodorov bildirib. Onan sözlərinə görə, əvvəlcə işğalçılar işğal edilən Ukrayna ərazilərində öz valyutalarının (rublun) məzənnəsini artırırdılar.
«Amma indi hamı başa düşür ki, Xersoun və Melitopolun işğaldan azad edilməsi qaçılmazdır. Ona görə də məzənnə kəskin dəyişib. Artıq Xersonda bir qrivnaya 5 rubl verirlər. Yanacaqdoldurma məntəqələrində isə ümumiyyətlə pul qəbul etməkdən imtina edirlər».
Mer bildirib ki, Melitopolda rusiya rublu indiyədək əsas valyutaya çevrilə bilməyib – bazarlarda və mağazalarda satıcılar qrisnaya üstünlük verirlər.
Fyodorovun sözlərinə görə, hətta işğalçıların yaratdığı «rubl patrulu» (hansı ki, satış məntəqələrində rublun işləməsinə nəzarət edirlər) da işğalçıların valyutasının yayılmasına kömək etməyib. «İndi isə insanlar ümumiyyətlə rubldan yaxa qurtarmağa çalışır, qrivnanı isə qoruyurlar. Çünki işğalın sonunun çatdığını başa düşürlər».