Rusiyanın Ukraynadakı qohunları ciddi çətinliklərlə üzləşib və yaxın vaxtlarda bununla bağlı «mürəkkəb qərarlar» qəbul oluna bilər.
FED.az xəbər verir ki, bu barədə Rusiya qoşunlarının Ukraynaya yeni təyin edilmiş komandanı Sergey Surovkin bildirib. O həm Rusiya, həm də dünya ictimiyyətinə əslində Ukraynadakı real vəziyyəti açıqlayıb və aydın olub ki, bu vəziyyət Rusiyanın xeyrinə deyil.
Onun sözlərinə görə, Rusiya qoşunları heyətini və silah təminatını güclləndirir və bütün müdafiə xətti boyunca (Ukraynanın hücumunun qarşısını almaq üçün) istehkamlar yaratmaqdadır.
General onu da bildirib ki, Rusiya qüvvələri Ukraynanın infrastrukturuna və hərbi hədəflərinə zərbələr endirir ki, bu da qarşı tərəfin döyüş qabiliyyətini azaldır.
Bununla yanaşı, Surovkin etiraf edib ki, müharibə zonasında vəziyyət ümumilikdə gərgindir: Ukrayna silahlı qüvvələri bütün rezervlərini ön cəbhəyə toplayıb və qarşı tərəfə hücum cəhdlərindən əl çəkmir.
Surovikin bildirib ki, ilk növbədə hücumlar Kupyansk, Krasnıy Liman və Nikolayevo-Krivoy Roq istiqamətindədir.
Rusiya qoşhunlarının komandanı bildirib ki, belə vəziyyətdə Rusiya tərəfi «vaxt itirmədən» və «şüurlu» hərəkət edəcək və bu zaman «mürəkkəb qərarların verilməsi də istisna deyil». General xüsusi qeyd edib ki, Rusiya belə qərarlar verəndə mülki əhalini və hərbçilərin həyatının maksimum qorunmasının vacibliyini əsas götürəcək. Ekspertlər bildirir ki, Putinin böyük etimad bəslədiyi Surovkinin bu açıqlaması Rusiya qoşunlarının ciddi geri çəkilməsinin anonsudur. Çünki rus generalı öz çıxışında mülki əhalini də təhlükə gözlədiyini tez-tez xüsusi vurğulayır.
Surovkin bildirib ki, rəsmi Kiyev Xersondakı Kaxov Su Elektrik stansiyasının bəndinə, eləcə də bütün şəhərə kütləvi raket zərbəsi endirməyə hazırlaşır.
Surovkin iddia edir ki, Ukrayna qüvvələri hücum zamanı byük itkilər verir, bu itkilərin miqdarı gündə 600-1000 nəfərə çatır, amma «NATO Ukraynadan itkilərə baxmayaraq Xersona hücum etməyi tələb edir»-deyə general bildirib.
General iddia edir ki, Ukrayna tərəfinin bööyüşə atdığı qüvvələr təlim keçməyən şərbçilərdir və «onları faktiki ölümə göndərirlər».