Yapon avtoistehsalçısı Honda Motor Co (T:7267) əməliyyat gəliri üzrə illik proqnozunu 8.3% artırmış və bu da keyfiyyətlə bağlı xərclərin azalması , milli valyutanın güclənməsinə təsir edən xərcləri ixtisar edilməsi sayəsində mümkün olmuşdu.
Satış həcminə görə Yaponiyanın 3-cü böyük avtoistehsalçısı olan Honda-nın yeni proqnozuna əsasən 2017-ci ilin martında başa çatacaq maliyyə ilinin yekunlarına görə əməliyyat gəliri 650 milyard yuan ($6,21 milyard dollar) təşkil edəcək, əvvəllər isə bu rəqəmin 600 milyard yuan təşkil edəcəyi gözlənilirdi. Bu, Reyterin apardığı sorğuda analitiklərin verdiyi proqnozdan - konsensusdan (689 milyard yuan) aşağıdır.
Avtomobillərin dünyadakı satış həcmi proqnoza görə maliyyə ilinin yekunlarına əsasən 4.98 milyon avtomobil təşkil edəcək, habelə əvvəllər bu göstəricinin 4,915 milyon səviyyəsində olması gözlənilirdi. Asiyada satışlar proqnozlaşdırıldığı kimi ilin yekunlarına əsasən 1.915 milyon avtomobilədək artacaqdır, halbuki əvvəllər bu rəqəmin 1.85 milyon olması gözlənilirdi.
Şirkət yuanın orta kursunun cari ildə 103 yuan/dollar təşkil edəcəyini düşünür. Halbuki, əvvəllər bunun 105 yuan/dollar olması proqnozlaşdırılırdı.
Sentyabrda başa çatmış rüb üzrə Honda-nın əməliyyat gəliri 228 milyard yuan təşkil etmiş və deməli, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 38.4% qalxmışdı, bununla da Reyter tərəfindən sorğulanan analitiklərin konsensus-proqnozunu (160.1 milyard yuan) üstələmişdi.
investing.com©