Azərbaycanda xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30%-i ilə icmal büdcənin neft gəlirləri arasında yaranan fərqin 20%-nin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləğ büdcə qanunvericiliyindən çıxarılır.
Eləcə də bax: Azərbaycanda büdcə qaydası - DƏYİŞDİRİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu məsələ “Büdcə sistemi haqqında” qanuna təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə münasibət bildirən Hesablama Palatası bəyan edib ki, bu anlayışın qanunvericilikdən çıxarılması büdcə qaydasının yeni formada tənzimlənməsi ilə bağlı dəyişikliklərlə əlaqəlidir ki, bu baxımdan irad və təkliflər yoxdur.