Hedc fondları və spekulyatorların 15-21 fevral həftəsində WTI markalı neftin fyuçers və opsionlarında uzun mövqelərinin (artması istiqamətində) saldosu 23 299 və ya 6% artaraq 413 637 kontrakta çatıb.
Bu barədə ABŞ-ın Əmtəə fyuçersləri üzrə Ticarət Komissiyası (CFTC) məlumat verib. Bu da, 2006-cı ilin iyunundan bu günədək Komissiyanın apardığı statistika dövrünün ən yüksək göstəricisidir.
Qeyd edək ki, uzun mövqenin saldosu məcmu uzun və qısa mövqelərdəki kontraktlar arasındakı fərqi göstərir.