Volkswagen (ETR: Volkswagen `VOW3`) 4 ildə ilk dəfədir ki, satışlarda Toyota Motor (TYO:7203) qabaqlamış və 2016-cı ilin 9 ayının yekunlarına görə dünyanın ən iri avtoistehsalçısına çevrilmişdir. Buna alman konserninin Çində inkişaf etməsi tempi (satışlar orada 11%-ədək artmışdı) və həmçinin Toyota satışlarının ABŞ-da aşağı düşməsi təkan vermişdi.
Yanvar-sentyabr ayları ərzində Volkswagen 7.6 milyon avtomobil satışı (+2.4%) həyata keçirmişdi ki, bunun 2.49 milyonu 3-cü rübün payına düşür.
Konsernin ən uğurlu brendi VW olmuşdu. İlin əvvəlindən bu markadan olan 4.37 milyon avtomobil satışı həyata keçirilmişdi (+0.6%) İkinci yerdə Audi — 1,4 milyon avtomobil (+4,5%), üçüncü yerdə isə Skoda 840 min maşınla (+6.2%) yer tutur. Sonuncu yerdə isə Bugatti qərarlaşmışdı: 2016-cı ilin ilk 9 ayı ərzində cəmi bir superkar satılmışdı.
2016-cı ilin 3-cü rübündə Volkswagen-in xalis gəliri 2.34 milyard avro təşkil etmişdi (keçən ilin analoji dövründəki 1.67 milyard zərərlə müqayisədə). Yanvar-sentyabr ayı üzrə gəlir göstəricisi 48,2% artaraq 5.91 milyard avroya çatmışdı, halbuki satışlardan gələn qazanc 0,2% aşağı düşərək 159,93 milyarda çatmışdı.
insider.pro©
Volkswagen dünyanın ən iri avtoistehsalçısı oldu
12:19
28 Okt 2016