2016-cı ilin yanvar-oktyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 707 milyon 128,0 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,1 faiz əməl edilib.
Bu barədə Fed.az-a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat daxil olub.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 310 milyon 845,0 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 247 milyon 477,8 min manat çoxdur.
Cari ilin yanvar-oktyabr aylarında respublika üzrə 105 605 vergi ödəyicisi qeydiyyata alınıb.
Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyarda yaxın vəsait daxil olub
16:54
8 Noy 2016