İyunun 2-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
FED.az xəbər verir ki, hərracda tələb 56,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Bu isə əvvəlki hərracla müqayisədə 1,8 dəfə çoxdur. Belə ki, mayın 31-də keçirilən hərracda tələb 30,4 milyon ABŞ dolları təşkil edib və tam təmin edilmişdi.
Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.