Gələn il aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması nəzərdə tutulur. Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Gələn il Azərbaycanda ehtiyac meyarının isə 10,5% və ya 11 manat artırılaraq 116 manata çatdırılması təklif edilir. Bununla bağlı "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsinə dəyişiklik Milli Məclisə daxil olub.
Qeyd edək ki, əvvəlcə gələn il üçün ehtiyac meyarının builki səviyyədə, yəni 105 manat səviyyəsində saxlanılması nəzərdə tutulurdu.