2016-cı ilin 3-cü rübündə Twitter (NYSE: Twitter `TWTR`) qazancı (gəliri) əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8% artaraq 616 milyon dollar təşkil etdi. Hesabat dövründə xalis zərər 2016-cı ilin analoji dövrü ilə müqayisədə 22% azalaraq 102,87 milyon təşkil etdi.
Mikrobloqlar xidmətinin fəal istifadəçilərinin sayı illik anlamda 3%, əvvəlki rüblə müqayisədə isə 1% artaraq 317 milyon insan təşkil etdi.
Twitter-in nəticələri analitiklərin proqnozlarını ötüb keçdi. Analitiklər gəlirin (qazancın) 605 milyon dollar səviyyəsində olacağını proqnozlaşdırırdılar. Tamaşaçı sayının artımına gəldikdə isə bu rəqəmin 315 milyon istifadəçi təşkil edəcəyi proqnozlaşdırılırdı.
ru.insider.pro©
Twitter gözlənilmədən analitiklərin proqnozunu ötüb keçdi
13:25
28 Okt 2016