Türkiyənin bank sektorunun keçən ilin ilk altı ayında 30,7 milyard lirə olan cəmi xalis mənfəəti bu ilin yanvar-iyun dövründə 33,8 milyard lirəyə yüksəlib. Beləliklə, sektorun xalis mənfəəti bu il 10% artıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az Türkiyənin Nəzarət Təşkilatının açıqladığı məlumatlara istinadən xəbər verir ki, bank sektorunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kreditlərə nisbəti (xüsusi çəkisi) iyun ayında 3,66% təşkil edib. Bu nisbət 2020-nin eyni dövründə 4,41% səviyyəsində idi. (Marja)