Türkiyədə spirtli içki və tütün məmulatlarının qiyməti artıb.
“Ulusalkanal”ın yaydığı xəbərə görə, bu, ölkədə özəl istehlak vergisinin artması ilə əlaqədardır.
İnformasiyaya görə, spirtli içkilərin qiyməti 10%, tütün məmulatlarının qiyməti isə 27,5% bahalaşıb.
Məlumatda bildirilib ki, indiyə qədər 9 türk lirəsinə (4 manat 40 qəpik) olan siqaretlər hazırda 10 lirəyə (4 manat 90 qəpik) satılır.