Türkiyədə dolların məzənnəsi yenidən yüksəlib.
FED.az xəbər verir ki, noyabrın 19-u səhər dolların məzənnəsi 11,14 lirəni keçib - bu dollar lirə məzənnəsində yeni rekorddur.
Son 4 gün ərzində lirə 5%-dən ucuzlaşıb. Nəticədə 1 avro da 12,63 lirəyə yüksəlib.
Xatırladaq ki, noyabrın 18-də Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini bir qədər də aşağı - 16%-dən 15%-ə endirməsindən sonra lirənin uxuzlaşması bir qədər də sürətlənib.