Bu gün Türkiyədə dollar 5 lirəni gördü. FED.az xəbər verir ki, axşam saatlarında Türkiyədə 1 ABŞ doları 5 lirəyə çatıb. Birjada hərracların gedişində dollar 4,9955 lirəyə yüksəlib, axşam saatlarında isə 5,009 lirə olub.
Amma artıq buna qədər də Türkiyənin bəzi bankları günorta saatlarında dolları 5,05 lirəyə satmağa başlayıblar. İqtisacilarin fikirlərinə görə dollar 5,2 lirəyə qədər yüksələcək.
Türkiyədə qiymət artımında rekord
Dollarla yanaşı avro və funt-sterlinq də yüksəlib və uyğun olaraq 5,83 və 6,55 lirəyə ticarət olunub. Ekspertlər bildirir ki, lirənin bu qədər ucuzlaşması eyni zamanda infilyasiyanin sürətlənməsinə, isizliyin artmasına və qiymətlərin qalxmasına səbəb olacaq və onsuzda iqtisadi çətinliklər çəkən Türkiyə daha da böhran dərinləşəcək.
Dollarin məzənnəsinin artması İstanbul Birjasında artımla nəticələnib. Belə ki, birja indeksi 0,27% yüksələrək 97 211 xal olub.
Türkiyədə dollar kəskin bahalaşdı - 5 LİRƏ!
21:54
1 Avq 2018