İyun ayında Türkiyədə qiymət artımı rekord həddə çatıb.
FED.az Türkiyənin Statistika Qurumuna istinadən xəbər verir ki, iyun ayında aylıq qiymət artımı 2,61%, illik bahalaşma isə 15,39% olub. İllik inflyasiyanın səviyyəsi 2003-cü ildən indiyədək, aylıq qiymət artımı isə 2011-ci ilin sentyabrından bəri isə ən yüksək həddə çatıb.
Baş verən qiymət artımı gözləntilərən xeyli artıq olub. Belə ki, ekspertlər iyunda aylıq inflyasiyanın 1,3%, illik isə 13,9% olacağını gözləyirlər. Rüblük qiymət artımı isə 12,6%-dən 14,6%-ə yüksələrək tarixdə ən yüksək həddə çatıb.
Bu dövrdə Türkiyədə ərzaq məhsullarının qiyməti 18,89%-ə yüksəlib. Ay ərzində ən çox bahalaşan qida məhsulları qida və alkoqolsuz içkilər olub – 5,98%.
Qiyməti azalan məhsullar isə ayaqqabı və geyim əşyalarıdır – 1,15%. İllik ən yüksək artım rabitə sahəsində qeydə alınıb – 24,26%.
Əsas mallar qrupunda isə ev əşyaları 18,91%, qida və alkoqolsuz içkilər 18,89%, fərqli mal və xidmətlər 16,79%, restoran və otel xidmətləri 13,3% bahalaşıb. Bu dövrdə ən çox bahalaşan məhsul soğan olub, onun qiyməti 82,53% artıb.
Türkiyədə qiymət artımında rekord
09:41
2 Avq 2018