Türkiyə Mərkəzi Bankının faiz dərəcəsinin yenidən endirəcəyi ehtimalı milli valyutanın yeni rekord ucuzlaşmasına səbəb olub.
Eləcə də bax: Lirənin manata qarşı məzənnəsi - Tarixi Minimuma Enib
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, dollar/TL cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 12:18 radələrində 3.83%, yaxud 53 kuruş artımla 14.4150 səviyyəsinə yüksəlmiş olub. Bu da USD/TRY məzənnəsi üçün tarixi maksimum deməkdir.
EUR/TRY cütlüyü isə gün ərzində 3.67%, yaxud 58 kuruş artımla 16.3007 səviyyəsinə çatıb.
TCMB-nin Pul Komitəsi həftənin son iş gününə faiz dərəcəsinə dair qərar verəcək. İnflyasiyanın pisləşməsi daha qabarıq görünsə də, faiz endiriminin davam etməsi TL-nin ucuzlaşmasına səbəb olur. Digər tərəfdən, çərşənbə günü keçiriləcək FOMC toplantısında FED-in aylıq 15 milyard dollar olan aktiv azaldılması məbləğini artıracağı gözlənilir.
Bu arada ABŞ dollarının altı əsas valyuta səbəti qarşısındakı məzənnəsi sessiya ərzində 0.2% artımla 96.257 bəndə yüksəlib.