Azərbaycan manatı Türkiyə Mərkəzi Bankının (TCMB) “Alqı-satqı mövzusu olmayan valyutalar” kateqoriyasından çıxarılaraq “Alqı-satqı mövzusu olan valyutalar” kateqoriyasına keçirilib.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı - QƏRAR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə qərar Türkiyənin “Resmi Gazete”də yayımlanıb.
“Resmi Gazete”nin budəfəki sayında dərc olunan Türk valyutasının dəyərinin qorunması ilə bağlı 32 saylı qərara və Xəzinə və Maliyyə Nazirliyinin sirkulyarına əsasən “alqı-satqı mövzusu olan valyutalar” aşağıdakı kimi sıralanıb:
ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funtu, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı rialı.