Türkiyə Mərkəzi Bankı rəqəmsal türk lirəsi ilə ilk əməliyyatı həyata keçirib.
Türkiyə Mərkəzi Bankı – FAİZ QƏRARINI AÇIQLADI
FED.az xəbər verir ki, 2023-cü ildə bəzi türk bankları rəqəmsal lirə platformasına əlavə olunacaq.
“Rəqəmsal türk lirəsi layihəsinin birinci mərhələsi çərçivəsində şəbəkə daxilində ilk ödəniş əməliyyatı uğurla tamamlanıb. Bank 2023-cü ilin birinci rübündə maraqlı tərəflərlə birlikdə həyata keçirdiyi bu sınaqları davam etdirəcək”, - mərkəzi bankın bəyanatında deyilir.
Platformaya daxil edilmiş paylanmış hesablama sisteminin işinin sınaqdan keçirilməsi, rəqəmsal lirənin ödəniş ekosisteminə və ani ödəniş sisteminə inteqrasiyası planlaşdırılır. (Trend)