Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) dollar/TL məzənnəsinin 17 lirə səviyyəsini aşmasının ardından bazara satış istiqamətində müdaxilə edib.
FED.az xəbər verir ki, TCMB-nin yaydığı məlumatda "Valyuta məzənnələrində görülən qeyri-sağlam qiymətlər ilə əlaqədar olaraq bazara satış istiqamətində birbaşa müdaxilə edilməkdədir" deyilir.
Bu müdaxilə TCMB-nin dekabrın əvvəlindən bu yana etdiyi 5-ci müdaxilədir.
TCMB-nin 1 dekabr tarixindəki ilk müdaxiləsi təxminən 650 milyon dollar, 3 dekabrdakı ikinci müdaxiləsi təxminən 400 milyon dollar, 10 dekabrdakı üçüncü müdaxiləsi isə təxminən 500 milyon dollar səviyyəsində idi. TCMB-nin dördüncü və 2,5 milyard dollarlıq müdaxiləsi ilə birlikdə cəmi məbləğ təxminən 4 milyard səviyyəsinə yüksəlmişdi. (Marja)