Türkiyə Mərkəzi Bankı (TCMB) 2020-ci ilə dair inflyasiya proqnozunu yüksəldib.
Eləcə də bax: Türk lirəsinin məzənnəsi tarixi minimumu yeniləyib
FED.az xəbər verir ki, ilin son inflyasiya hesabatını təqdim edən TCMB sədri Murat Uysal daha əvvəl 8,9% olaraq açıqlanan 2020-ci il sonu inflyasiya proqnozunu 12,1%-ə yüksəltdiklərini açıqlayıb.
2021-ci il üzrə inflyasiya proqnozu isə 6,2%-dən 9,4%-ə qaldırılıb.
Xəbər verdiymiz kimi, Dollar/TL məzənnəsi rekord yeniləyərək 8.24 səviyyəsini də aşaraq 8.2462-ni görüb (Bakı vaxtı ilə saat 12:00-a olan məlumat). Həftənin əvvəlindən bu yana Lirə dollar qarşısında 3%-dən çox ucuzlaşıb. (Marja)