Türkiyənin milli valyutası olan lirənin ABŞ dollarına qarşı məzənnəsi tarixi minimumu yeniləyib.
FED.az xəbər verir ki, hazırda 1 dollar 8,04 lirə təşkil edir. Əvvəlki rekord göstərici oktyabrın 22-də qeydə alınmışdı – 7,97 lirə.
"Bloomberg" Türkiyənin milli valyutasının ucuzlaşmasını Ankaranın Azərbaycan və Ermənistan arasındakı münaqişəyə cəlb oluna biləcəyi riski ilə əlaqələndirir. (Apa)