Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi faiz qərarını açıqlayıb.
FED.az xəbər verir ki, TCMB siyasət faizini 14 faiz səviyyəsində sabit saxlayıb.
Bazar gözləntisi də faiz dərəcəsinin sabit qalacağı istiqamətində idi.
TCMB, son dövrlərdə inflyasiyanın yüksəlişinin iqtisadi əsaslardan uzaq qiymət formalaşmalarından, qlobal enerji, ərzaq və kənd təsərrüfatı mallarının qiymətlərindəki artımlardan, təklif proseslərindəki axsamalar kimi amillərdən və tələbin inkişafından qaynaqlandığını bildirib. Dayanıqlı qiymət sabitliyinin və maliyyə sabitliyinin bərqərar olması üçün atılan addımlar ilə dezinflyasiya prosesinin başlayacağı vurğulanıb.
Qeyd edək ki, faiz endirimi dövrünə sentyabr ayında başlayan Türkiyə Mərkəzi Bankı, faizini sentyabr-dekabr ayları arasında 5 bənd azaldaraq 19 faizdən 14 faizə endirib. Yanvar ayında aqressiv yumşalma dövrünə fasilə verən TCMB bugünkü iclasında da siyasət faizini dəyişməz saxlayıb.(Marja)