Türkiyə Mərkəzi Bankı (TCMB) proqnozlarla bağlı mart hesabatını açıqlayıb. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, hesabatda göstərilib ki, 2017-ci ilin sonunda ABŞ dollarının məzənnəsi 3,8495 TRY/USD təşkil edəcək. Qeyd edək ki, fevral proqnozunda bu göstərici 3,8807 TRY/USD-yə bərabər olub.
İlin yekununda inflyasiya göstəricisi əvvəlki hesabatda 8,87% olduğu halda, martda 9,08%-ə yüksəldilib.
Hesabata əsasən, Türkiyənin 2017-ci ildə iqtisadi artım tempi 2,9% səviyyəsində saxlanılıb.