Fransanın "Societe Generale" bankı Türkiyədə ABŞ dollarının məzənnəsinin 2017-ci ilin ilk rübünün sonuna qədər 3,95 TRY/USD-yə yüksələcəyini, lakin sonrakı rüblərdə türk lirəsinin möhkəmlənməyə başlayacağını proqnozlaşdırır. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, bu açıqlama ilə Bankın analitiki Feniks Kalen (Phoenix Kalen) çıxış edib.
"Türkiyə Mərkəzi Bankının (TCMB) nağd valyuta bazarındakı hərəkətləri yeni pul siyasəti alətlərinin tətbiqi və sərt monetar siyasətlə bərabər faiz dərəcələrində yumşaq artım edəcəyini göstərir. Lakin, bütün bunlara baxmayaraq, türk lirəsinin məzənnəsində zəifləmə gözləyirik", - deyə F.Kalen qeyd edib.
Xatırladaq ki, hazırda Türkiyənin nağd valyuta bazarında TRY/USD məzənnəsi 3,82-yə bərabərdir.