Türkiyə şirkətləri son 5 ildə xarici ölkələrdə səhm alışına 8 mlrd. 464 mln. dollar xərcləyib.
Qeyd edilən müddət ərzində ən iri alışı "Yıldız Holding" gerçəkləşdirib. Belə ki, şirkətlər qrupu İngiltərədə "United Biscuits" şirkətinə sahiblənmək üçün 3,198 mlrd. dollar xərcləməli olub.
İkinci yerdə Türk Petrolleri A.O." (TPAO) dövlət şirkəti qərarlaşıb. Belə ki, TPAO "Şahdəniz" və Cənub Qafqaz Boru Kəməri layihələrinin səhmlərinin 10%-ni almaq üçün 1,5 mlrd. dollar məbləğində investisiya edib. Bu isə ümumi yatırımın 18%-i deməkdir.
Hollandiyanın "Almatis" şirkətinin səhmlərini 1 mlrd. dollara alan "Oyak" şirkəti üçüncü yerlə kifayətlənməli olub.