2021-ci ilin fevralın 1-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2336 manat təşkil edib. Bu, son altı ayda ən yüksək göstəricidir.
Eləcə də bax: Türk lirəsi ABŞ dollarına qarşı bir qədər də - Bahalaşdı
FED.az xəbər verir ki, sonuncu dəfə lirənin manata qarşı məzənnəsinin ən yüksək göstəricisi 2020-ci ilin avqustun 12-də qeydə alınmışdı – 0,2352 manat.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0622 manata, 1 Rusiya rublu 0,0224 manata yüksəlib. (Apa)