Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən gələn həftə açıqlayacağı faiz qərarlar öncəsi milli valyuta ABŞ dolları qarşısında güclü müqavimət göstərir. Çünki, ölkə TCMB inflyasiyaya nəzarəti artırmaq üçün sərt faiz siyasətinə başlayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, treyderlər üçün TCMB-nin gələn həftəyə də sərt addımlarının atılacağı ehtimalları (eləcə də sabit saxlaması da) Türk lirəsinin möhkəmlənməsi tutarlı səbəb kimi qalmaqdadır.
Bakı vaxtı ilə 14:50 radələrində 1 ABŞ dolları 7.3797 lirə olub. Bu da dolların sessiya ərzində 0.0200 lirə, yəni, 0.31% azalması deməkdir.
Lirə dollar qarşısında məhz TCMB-nin faiz dərəcəsini 15%-dən 17%-ə qədər artırdıqdan sonra dəyər qazanmışdı. Buna qədər bazarda nə qədər volatillik müşahidə edilsə də, məzənnə dekabrda 7.88 lirə üzərində hərəkət edirdi. Buna qədər isə noyabr 6-da USD/TRY məzənnəsinin 8.52 səviyyəsinə qədər yüksəlişi də unudulmamalıdır.
Bununla belə, ucuzlaşma TCMB-nin qərarından əlavə, ABŞ valyutasının indeksinin əsas rəqibləri qarşısında düşməsi də lirənin dəyər qazanmasına kömək edir. ABŞ valyutası 6 əsas valyuta səbətinin ağırlığı qarşısında 0.04% azalmaqla 90.302 bəndə düşüb. Məsələn, ən populyar valyuta artıq 89.206 bəndini ötən həftə test edib. USD/JPY 0.1% artımla 104.00, EUR/USD 0.1% itki ilə 1.2255 və GBP/USD 0.2% artımla 1.366 dollarda olarkən AUD/USD 0.3% yüksəlişlə 0.7756 səviyyəsində olub.