Transaero (MCX: TAER) aviaşirkətinin direktorlar şurası onun işinin bərpası məsələsini 4-11 noyabrda baş tutacaq qiyabi səsvermə gedişində həll edəcəkdir. Bu barədə İnterfaks agentliyi məlumat yayıb. Bu məsələ şuranın toplantı gündəliyinə daxil edilmişdir. Həmçinin toplantı zamanı 2016-cı ilin 9 ayı üzrə şirkət fəaliyyətinin yekunlarına da baxılacaqdır.
Transaero səhmləri çərşənbə günü səhər 30%-dən çox qalxdı. Bu da onun fəaliyyətinin yenidən bərpa ediləcəyi imkanı barədə yayılan məlumatlar fonunda baş verdi. Moskva birjasında aviadaşıyıcının səhmləri 5.08 rubl (+ 32.6% oktyabrın əvvəli ilə müqayisədə) artdı.
Qeyd edək ki, ilk dəfə deyil ki Transaero şirkətinin qiymətli kağızlarınin dəyəri belə sıçrayışla dəyişir. İyunda onlar 60% düşərək 8.92 rubl təşkil etmişdi. Bu isə şirkətin baş direktoru Aleksandr Burdinin yenidən işə düşmə barədə verdiyi bəyanatdan sonra baş verdi. 2015-ci ilin oktyabrında isə şirkət səhmləri ticarət sessiyasının əvvəlindən 3 saat ərzində 187% artmışdı.
ru.insider.pro©
Transaeronun bərpası haqqında xəbərlər yayıldıqdan sonra onun səhmləri 30% bahalaşdı
13:19
2 Noy 2016