Dolların birja kursu FBR-in bəyanatından sonra yuxarı qalxdı. Həmin bəyanat H.Klintonun şəxsi serverindən elektron poçtdakı məlumatların yeni sızıntısı faktının araşdırılması ilə bağlı idi. Bu səbəbdən FBR seçkilərdə ABŞ prezidentliyinə namizəd olan Klintonun cinayət təqibinə heç bir əsas görmür.
Yuana münasibətdə dollar kursunun (FX: USD/JPYИНВЕСТИРОВАТЬ) qalxması 1,5% təşkil etmişdi. Bu barədə Bloomberg yazırdı. Beləliklə, sözügedən kurs 0.6%-ə və ya 105,25 yuana çata bilməmişdi (bu proqnozu valyuta bazarının aparıcı analitikləri Klintonun ehtimal olunan qələbəsindən sonra ilk sutkalar üçün verirlər). Onlar həmçinin əmindirlər ki, Trampın qələbəsi olarsa dollar 100 yuan qiymətinə çatacaqdır.
Bazar ertəsi bazarların reaksiyası valyuta tərəddüdlərini göstərirdi. Bu da volatilliyin 4 il ərzində maksimuma çatdığı Brexit üzrə britanların iyun səsverməsi ərəfəsində müşahidə olunan valyuta tərəddüdlərinə bənzəyir.
Bloomberg Dollar Spot indeksi (bu indeks dolların digər 10 əsas rəqib valyutaya qarşı mövqeyini əks etdirir) son 6 gün ərzində 1.4% düşdükdən sonra bugün 0.4% qalxdı.
Trampın qələbəsi dolları çökdürə bilər
17:58
7 Noy 2016