ABŞ prezidenti Donald Tramp ölkəsində gəlir vergisini yarıya qədər azaldacağını açıqlayıb. "Haberler" saytının verdiyi məlumata görə, bu barədə Tramp dünən, yanvarın 23-də ölkənin əsas iş adamları ilə görüşündə bildirib.
Onun sözlərinə görə, hazırda 35% olan gəlir vergisinin dərəcəsi 15-20% səviyyəsinə endiriləcək. Ümumiyyətlə, yeni seçilmiş prezident biznes üzərində olan tənzimləyici qərarların 75%-dən çoxunu ləğv edəcəyini deyib. O həmçinin, xaricdə investisiyaları olan ABŞ şirkətlərini ölkəyə qaytaracağını bildirib.
Qeyd edək ki, dünənki görüşdə müdafiə sənayesinin nəhənglərindən olan "Lockheed Martin" şirkəti, habelə "U.S.Steel", "Tesla Motors", "Dell" və "Whirlpool" yer alıb. Tramp adminstrasiyası vergi dərəcələrində azalmanın büdcəyə mənfi təsirini iqtisadi artımın sürətlənməsi ilə kompensasiya edəcəyini açıqlayıb.