ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən gün keçirdiyi mətbuat konfransında Avropa və Amerikanın əczaçılıq şirkətlərini "cəzasız qətldə" ittiham edib.
Tramp bildirib ki, ölkədə dərmanların qiymətləri çox lazımından artıq artırılıb, bahadı və onların qiyməti dəyişmək lazımdı.
“Biz dünyada ən böyük dərman alıcısı olan ölkəyik və biz normal qiymətlərə nail ola bilmirik.” - Tramp çıxışında belə deyib.
Bu çıxışdan sonra Avropa və Amerikadakı əczaçılıq şirkətlərində satışlar kəskin şəkildə aşağı düşüb.
AzNews©