Tesco (LSE: Tesco `TSCO`ИНВЕСТИРОВАТЬ) supermarketlər şəbəkəsinə aid olan britan bankı Tesco Bank ciddi xaker hücumuna məruz qalı, nəticədə onun 20 min müştərisinin hesabından pullar oğurlandı. Bu barədə bank rəhbəri Benni Xiqqins RBK-ya yazır.
Nəticədə bank onlayn-tranzaksiyaları dayandırmaq məcburiyyətində qaldı. Onlar vəziyyət bank tərəfindən ələ alınmayanadək bərpa edilməyəcəkdir. Bu barədə Xiqqins qeyd etdi. Tesco Bankın müştəriləri əvvəlki kimi mağazalarda alış-veriş etmək və bankomatlardan nəğd pul çıxarmaq üçün kartlardan istifadə edə bilərlər.
Bu hücum hətta böyük miqdarda bank hesablarına xələl gətirə bilərdi, çünki ümumiyyətlə, 40 minə yaxın hesabda bank şübhəli manipulyasiyaların olduğunu qeydə almışdı, habelə onların yalnız yarısı öz vəsaitlərindən məhrum olmuşdu. Bankda xaker hücumundan yaranan zərəri hələ qiymətləndirməyiblər. Cəmi Tesco Bankın 8 milyon müştərisi var. Zərəri şərh edərək, Xiqqins demişdi:
«Bu, böyük rəqəm olsa da , o qədər iri olmayacaqdır».
BBC radiosuna müsahibəsində maliyyə təşkilatının rəhbəri bildirmişdi ki, indi artıq müştərilər üçün heç bir maliyyə təhlükəsi yoxdur.
Tesco Bank səhmləri 7 noyabr tarixində 2%-dən çox düşdü.
Qeyd edək ki, Tesco Bank 1997-ci ildə yaradılmışdı. Yaradıldığı ilk gündən bu bank yarımçıq olaraq Tesco supermarketlər şəbəkəsinə aid idi. Nəticədə, riteyler yerdə qalan payı da The Royal Bank of Scotland-dan alır və bankın yeganə səhmdarı olur.