Dövlət Statistika Komitəsinin hesabatında göstərilir ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycan əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 36,63 milyard manata çatıb.
Həmin dövrdə adambaşına düşən gəlir 3 804,5 manat, və ya aylıq 380,45 manat təşkil edərək 7,5 faiz həcmində yüksəliş nümayiş etdirib.
Hesabatda qeyd olunur ki, ilin ilk 10 ayı ərzində əhalinin sərəncamında qalan gəlirlərin həcmi 33,31 milyard manat təşkil edib. Bu, ötənilki dövrlə müqayisədə 9,1 faiz çoxdur.
Hesabat dövründə əhalinin gəlirlərinin 78,9 faizi istehlak məhsullarına, 9,1 faizi vergi, sığorta və üzvlük ödənişlərinə, 2,6 faizi kredit ödənişlərinə, 9,4 faizi isə digər ödəmələrə yönəlib.