Starbucks (NASDAQ: Starbucks Corporation `SBUX`ИНВЕСТИРОВАТЬ) korporasiyası maliyyə göstəricilərinin rekord səviyyəsi barədə hesabat verdi. 2016-cı maliyyə ili üzrə (2 oktyabr başa çatan) dünyada iri kofein şəbəkələrindən biri olan bu şirkətin xalis gəliri 2.8 milyard dollar təşkil etmişdi. Bu isə keçən ilki göstəricidən 2.2% artıqdır. Bu barədə şirkətin hesabatında bildirilir.
Hesabat dövrü üzrə şirkətin qazancı rekord şəkildə artaraq 11,2% və ya 21,3 milyard dollar təşkil etmişdi. Şirkətin əməliyyat gəliri 16% artaraq 4.2 milyard dollara çatmışdı. Səhm üzrə mənfəət 4% artaraq keçən maliyyə ili ilə müqayisədə $1,90 təşkil etmişdi.
Hesabat dövrü üzrə Starbucks 2042 yeni kafelər açmış. Buraya Kamboca, Qazaxıstan, Lüksemburq, Andorra, CAR, Slovakiya, Trinidad və Tobaqoda açılan məntəqələr aiddir. Şirkətin bütün dünyadakı satışları orta hesabla 5%, Amerikada 6%, Asiya və Çində 3% artmışdı.
4-cü rübün yekunlarına görə Starbucks-ın xalir gəliri illik anlamda 22,8% artaraq 801 milyon dollar olmuşdu. Şirkətin qazancı isə 16,2% artaraq 5,711 milyard dollar təşkil etmişdi. Starbucks-ın səhm üzrə mənfəəti əvvəlki ilin 0.43 dollar göstəricisi ilə müqayisədə bu il $0,54 təşkil etmişdi. 4-cü rüb üzrə korporasiya 690 yeni kafe açmışdı. 75 ölkədə onların ümumi sayı 2 oktyabr 2016-cı il tarixinə olan məlumata görə 25 085 təşkil edir.
ru.insider.pro©
Starbucks rekord gəliri və qazancı barədə hesabat verdi
13:13
4 Noy 2016