Agentliyin məlumatına görə, bu qiymətləndirmə Rusiyanın xüsusi hərbi əməliyyatının ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin yüksək səviyyəsi ilə bağlıdır.
FED.az xəbər verir ki, S&P reytinq agentliyi Ukraynanın kredit reytinqini "CCC+"dan "CCC"yə endirib, proqnoz mənfidir. Bu qiymətləndirmə Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın (SVO) ölkə iqtisadiyyatı üçün yaratdığı yüksək risk səviyyəsi ilə bağlıdır.
Bloomberg xəbər verir ki, bu qiymətləndirmə Ukrayna iqtisadiyyatını Efiopiya ilə bərabər səviyyəyə qoyur.
S&P reytinqləri şirkət və ya dövlət qurumu kimi emitentin öz maliyyə öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirmək qabiliyyətinə və istəyinə agentliyin baxışını ifadə edir.
“Moody's” agentliyi isə Ukraynanın reytinqini stabil proqnozla "Ca" səviyyəsinə endirib
"Biz gözləyirik ki, vəziyyətdə gözlənilməz müsbət dəyişiklik baş verməsə, Ukraynanın xarici kommersiya öhdəlikləri üzrə mübadilə əməliyyatları aparması çətin olacaq", - deyə bildirilir.
“Moody's”in analitikləri vurğulayırlar ki, Ukrayna hökumətinin xarici valyutada olan kreditlərə xidmət qabiliyyəti “milli valyuta ilə müqayisədə aşağı olacaq”.
Amma Ukraynanın reytinqinini aşağı salınması onun kredit cəlb etməsinə mane olmayıb – dunya ictimaiyyəti bunun Rusiyanın təcavüzü ilə bağlı olduğunu, eləcə də həm müharibə dövrü, həm də ondan sonra Ukraynaya dəstəyin davam edəcəyini bilir.
Ona görə də Beynəlxalq Valyuta Fondu (BVF) ölkə iqtisadiyyatına dəstək tədbirləri paketi çərçivəsində Ukraynaya 15,6 milyard dollar dəyərində 4 illik kredit proqramı təqdim edib.