Sahibkarlığın İnkişafı Fondunun (SİF) lAzərbaycanda əğv prosesində olan 14 kommersiya bankına vermiş kreditlər üzrə 217 milyon manatlıq borc yaranıb.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fonduna ilk dəfə - REYTİNQ VERİLİB
FED.az xəbər verir ki, bu barədə SİF-in uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini “BB-/B” səviyyəsində müəyyən edən “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.
"2022-ci ilin ortalarında ehtiyatlar ümumi kreditlərin 27,5 %-ni təşkil edib və 3-cü dərəcəli kreditlərin 113 %-ni əhatə edib ki, bu da həmin səviyyənin ləğv edilən banklardan qalmış problemli kreditlərinin tam təmin olunduğunu göstərir. 2022-ci ilin ortalarına qədər vaxtı keçmiş kreditlərin təxminən 2/3 hissəsi kənd təsərrüfatı istehsalı və emalı, təxminən 20 %-i məhsul istehsalı və emalı üçün verilən kreditlərin payına düşür.
SİF son istifadəçi olan sahibkarların deyil, maliyyə institutlarının kredit riskinə məruz qalır. SİF aktivlərinin keyfiyyəti (2022-ci ilin ortalarına üçüncü dərəcəli kreditlər ümumi kredit portfelinin 24 %-ni təşkil edib) bizim Azərbaycanın bank sistemi üçün qiymətləndirməmizdən (təxminən 8-10 %) xeyli zəifdir”, - agentlik qeyd edir.
S&P-nin məlumatına görə, ilk üç bankın (Azərbaycan Beynəlxalq Bankı, "PAŞA Bank" və "Kapital Bank") kreditləri SİF-in ümumi kredit portfelinin təxminən 40 %-ni, digər bütün bankların və kredit ittifaqlarının kreditləri isə fondun ümumi kredit portelinin 5 %-ni və ya daha azını təşkil edir.
SİF sahibkarlara 5 %-dən daha aşağı faizlə kredit təqdim etmək üçün fəaliyyətdə olan 40-a yaxın yerli kommersiya bankına və kredit ittifaqına Azərbaycan manatı ilə 1 % dərəcəsi ilə kreditlər verir ki, bu da bazar faizlərindən xeyli aşağıdır və sahibkarlara sərfəli faizlə borc götürmək imkanı verir.
Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni əsas borcun və vaxtı çatan kreditlər üzrə faizlərin ödənilməsi, habelə öz kapitalı hesabına həyata keçirir.
"Biz SİF-in kapitallaşmasının növbəti 24 ay ərzində çox güclü qalacağını gözləyirik. Risklər nəzərə alınmaqla kapitalın yetərlilik əmsalı (RAC) 2021-ci ilin sonunda 51,5 % olub. Proqnozlarımıza görə, Azərbaycan İnvestisiya Şirkəti ilə birləşmədən sonra bu göstərici 2022-2024-cü illərdə 30 %-dən yuxarı qalacaq və xalis gəlirin illik 2-3 % azalması ilə dəstəklənəcək”, - məlumatda deyilir. (Report)