2017-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10042,6 milyon manat təşkil edib.
Azərbaycan Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olub.
Ümumi daxili məhsulun 46,7 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib.
Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olub.