Təxmini bizim hesablamalarımız göstərir ki, son 25 ildə əhali 17 milyard manat civarında valyuta alıb.
Azərbaycanda bankda pulu olanların sayı 80% ARTIB - MƏRKƏZİ BANK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
"İstəyirsiniz bu məbləği dollara və ya funt sterlinqə çevirin. Adını yastıq altındakı vəsaitlər də qoy bilərik. Bizim əsas məqsədimiz odur ki, o pullar real sektora gəlsin, ölkə iqtisadiyyatına yönəlsin", - deyə sədr əlavə edib.










