Hesablamalara görə Tesla (NASDAQ: Tesla Motors `TSLA`)-nın SolarCity (NASDAQ: SolarCity `SCTY`)-ni alması İlon Maskın şirkətinə 2017-ci ildə 1 milyard dollardan artıq qazanc gətirəcəkdir və növbəti 3 il ərzində şirkətin balansına 500 milyondan artıq pul vəsaiti əlavə edəcəkdir. Tesla-nın pres-relizindən bildirilir:
«Biz SolarCity-nin alınmasından birləşdirilmiş şirkət üçün nəzərəçarpan maliyyə mənfəətinin əldə ediləcəyini gözləyirik».
Tesla-nın bəyanatına görə SolarCity borcunun yarıdan çoxu layihə maliyyələşdirilməsi ilə bağlıdır və bu da «çox vaxt istehlakçılardan gələn pul axını ilə kompensasiya edilir».
Tesla vurğulayır ki, SolarCity-nin alınması nəticəsində davamlı enerji sahəsində dünyanın yeganə inteqrasiya edilmiş şirkəti yaradılacaqdır:
«Tesla-nın qarşıda duran məqsədlərinin icrasına əminliklə yürüdüyünü nəzərə alaraq şirkət uğurla SolarCity-ni inteqrasiya edə və bunun alınmasından potensial maliyyə mənfəəti qazana biləcəkdir».
Sözləşmə 17 noyabrda səhmdarlar tərəfindən təsdiqlənməlidir.
insider.pro©