SOCAR Rusiyanın "Qazprom" şirkətindən il ərzində idxal olunan qazın həcmini 5 mlrd. kubmetrədək çatdırmaq niyyətindədir. "APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, bunu "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, hələlik şirkətlər arasında bu mövzu ətrafında danışıqlar davam edir. "Müzakirələr davam edir", - deyə o jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, 2016-cı ilin may ayında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfinə bununla bağlı müvafiq bildiriş göndərilib.
2015-ci ilin sentyabr ayından etibarən SOCAR və "Qazprom" illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.