Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin fevral ayında dövlət büdcəsinə 134 milyon 471 min manat vəsait ödənilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin fevral ayı ilə müqayisədə 36 milyon 271 min manat və ya 136,9 faiz çox olub.
Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında büdcəyə 262 milyon 658 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 46 milyon 776 min manat və ya 121,7 faiz çox olub.
Bundan əlavə, 2017-ci ilin fevral ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 656 min manat vəsait köçürüb. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon 734 min manat və ya 115,9 faiz çox olub.
Cari ilin yanvar-fevral aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 25 milyon 163 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə 4 milyon 113 min manat və ya 119,5 faiz çox olub.
SOCAR ötən ay üzrə ödənişlərini açıqlayıb
15:39
9 Mart 2017