Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının alqı-satqısı üzrə 429 əqd bağlanılıb. Bu barədə BFB-dən xəbər verilib.
Məlumata görə, əqdlər hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazın (100 mln. dollarlıq) realizə edilməsini nəzərdə tutur. Qiymətli kağızlar Birjanın əsas bazar seqmentində satılıb.
Xatırladaq ki, tədavül müddəti 5 il (1 826 gün) olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər.