SOCAR istiqrazları bahalaşmaqda davam edir.
Bakı Fond Birjasında bildirilir ki, bu gün market-meyker PSG Kapital İnvestisiya şirkəti SOCAR istiqrazının alış qiymətini 1010 dollara, satış qiymətini isə 1025 dollara qaldırıb.
Noyabrın 2-də market-meyker SOCAR istiqrazını 1004,08 dollardan alıb, 1017,08 dollardan satırdı.