Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqazları üzrə market-meyker fəaliyyəti göstərən "PSG Kapital İnvestisiya Şirkəti" QSC qiymətli kağızların alış qiymətini 2 dollardan çox artırıb. "Bakı Fond Birjası"nda bildirilir ki, hazırda SOCAR istiqrazları 1 004,08 dollardan alınır ki, bu da ötən günlə müqaysədə 2,14 dollar çoxdur. İstiqrazların satış qiyməti isə 1 016,94 dollardan 1 017,08 dollara çatdırılıb, yəni 0,16 dollar artırılıb.
Bununla da "PSG Kapital" hər SOCAR istiqrazının alqı-satqısı üzrə gəlir marjasını 15 dollardan 13 dollara endirib.
Xatırladaq ki, SOCAR istiqrazlarının təkrar bazarına oktyabrın 18-dən start verilib. Hazırda Şirkətin dövriyyədə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 min istiqrazı var. SOCAR-ın gerialma zəmanəti verdiyi istiqrazlar 2021-ci ilə qədər tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər 3 aydan bir ödənilir.