Bu ilin oktyabr ayında SOCAR tərəfindən dövlət büdcəsinə 125 mln. 345 min manat vəsait ödənilib.
SOCAR-dan verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 10 mln. 686 min manat və ya 7,85% azdır.
Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 150 mln. 172 min manat vəsait ödənilib ki, bu da ötən ilin on ayı ilə müqayisədə 121 mln. 104 min manat və ya 9,53% azdır.
Bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12 mln. 207 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 mln. 13 min manat və ya 9,04% çox olub.
Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında SOCAR tərəfindən DSMF-ə ödəniş 119 mln. 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 953 min manat və ya 3,42% çox olub.