Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı topladıqları sığorta haqları əsasında müəyyən ediləcək.
FED.az Report-a istinadən xəbər verir ki, bu barədə Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.
Xatırladaq ki, ötən gün, aprelin 19-da qüvvəyə minmiş qaydalara görə, qeyri-həyat sığortaçıları illik daxilolmaları 30 mln. manatdan çox olduqda bunun 30 mln. manatdan artıq hissəsinin 1%-i qədər və əlavə olaraq 180 min manat, illik daxilolmaları 10-30 mln. manat olduqda bunun 10 mln. manatdan artıq hissəsinin 0,7%-i qədər və əlaqə olaraq 40 min manat, illik daxilolmaları 10 mln. manata qədər olduqda isə bunun 0,4%-i qədər Palataya illik haqq ödəməlidir.
Həyat sığortaçılarının isə ödəyəcəyi haqqın məbləği illik daxilolmaların məbləği 30 mln. manatdan çox olduqda bunun 30 mln. manatdan artıq hissəsinin 1,1%-i qədər və əlavə olaraq 198 min manat, illik daxilolmaları 10-30 mln. manat olduqda bunun 10 mln. manatdan artıq hissəsinin 0,77%-i qədər və əlaqə olaraq 44 min manat, illik daxilolmalar 10 mln. manata qədər olduqda isə bunun 0,44%-i qədərdir.
Son nəticədə 21 yerli sığorta şirkəti MBNP-ya illik 3,452 mln. manat haqq ödəməlidir. Amma qaydalar 19 aprel 2017-ci ildən qüvvəyə mindiyi üçün sığortaçılar bu ilin qalan 8 ayının pulunu Palataya ödəyəcək. Bu isə təxminən 2,3 mln. manat təşkil edir.
№
|
Sığorta şirkətləri
|
Sığorta haqları, manat (2016-cı il) |
MBNP-yə ödəniləcək illik haqq, min manat |
1 | A-Group Insurance | 12 784 855,23 | 59 493,99 |
2 | AXA-Mbask | 21 968 752,00 | 123 781,26 |
3 | Atainsurance | 9 288 975,37 | 37 155,90 |
4 | Ateshgah Life Insurance | 37 435 501,39 | 279 790,52 |
5 | Ateshgah Insurance | 39 814 927,05 | 278 149,27 |
6 | Azinsurance | 22 720 978,28 | 129 046,85 |
7 | Azerinsurance | 41 224 916,00 | 292 249,16 |
8 | Azerbaijan Industry Insurance | 6 414 551,09 | 25 658,20 |
9 | Baku Insurance | 941 365,90 | 3 765,46 |
10 | Bashak Inam Insurance | 547 761,16 | 2191,04 |
11 | Gunay Insurance | 2 637 651,52 | 10 550,61 |
12 | Mega Insurance | 20 272 711,13 | 111 908,98 |
13 | PASHA Life Insurance | 77 678 739,32 | 722 466,13 |
14 | PASHA Insurance | 100 012 147,26 | 880 121,47 |
15 | Gala Life Insurance | 31 737 938,00 | 217 117,32 |
16 | Ravan Insurance | 1 018 518,88 | 4 074,08 |
17 | Standard Insurance | 20 326 929,76 | 112 288,51 |
18 | Xalq Insurance | 9 846 652,10 | 39 386,61 |
19 | Gala Insurance | 4 643 567,35 | 18 574,27 |
20 | Silkway Insurance | 19 148 016,96 | 104 036,12 |
21 | Amrah Insurance | 62 553,51 | 250,21 |
Cəmi | 480 528 009,26 | 3 452 055,96 |