İqtisadiyyatının neft hasilatından asılılığını azaltmaq üçün yollar axtaran Səudiyyə Ərəbistanı yyapon qrupu SoftBank ilə birgə beynəlxalq texnoloji investfondunu yaratmağı planlaşdırır. Bu fondun ölçüsü 100 milyard dollara çata bilər. Bu barədə cümə günü Səudiyyə Ərəbistanının KİV-ləri məlumat yaymışlar.
Bu plan neft qiymətlərinin kəskin düşməsinə görə iqtisadi vəziyyətin pisləşməsinə cavab olaraq Ər-Riyad tərəfindən bu il buraxılan radikal biznes təşəbbüslərin sadəcə bir hissəsidir: ölkə iqtisadiyyatın yenidən istiqamətləndirilməsi üçün böyük maliyyə xərcləri çəkməyə hazırdır.
SoftBank 5 il ərzində fonda $25 milyard dollar məbləğində yatırım edəcəkdir. Bu barədə dövlət televiziyasının efirində ölkənin iqtisadi çevrilişinə rəhbərlik edən vitse-vəliəhd Məhəmməd bin Salman söyləmişdir.
Səudiyyə Ərəbistanının milli sərvətinin ən iri fondu olan İctimai investisiya fondu bu müddət ərzində 45 milyard dollaradək yatırım edə bilər. Bu barədə SoftBank ilə qarşılıqlı anlaşmaya dair memoranduma istinadən SPA dövlət agentliyi məlumat vermişdir.
SPA həmçinin qeyd etmişdi ki, iştirak barədə danışıqları iri investorlar qrupu aparır və nəticədə bütün bunlar 100 milyard dollar həcmində fonda investisiya qoyuluşuna gətirib çıxara bilər. Bu da onu nəticədəmüstəsna olaraq texnologiyalar üzərində cəmlənmiş dünyanın ən iri fonduna çevirə bilər.
investing.com©