Dollar cümə axşamı düşməyə davam edir, çünki investorların seçkiqabağı mövqeyi FRS hesabatını kölgədə qoymuş və siyasətçilər dekabrda faiz dərəcələrini qaldırmaq niyyətində olduqlarını bildirmişdilər.
Dollar öz güclü mövqeyini bir qədər itirərək yuana qarşı zəifləmişdi, çünki yapon bazarları dövlət bayramı olduğundan bağlanmışdılar.
Saat 9.25-ə olan məlumata görə dollar yuana qarşı 0.46% itirərək 102,80 yuan olmuşdu. Bununla da 4 oktyabrdan bəri minimal qiyməti ətrafında dövrə vuraraq 28 oktyabr müşahidə edilən maksimal 105.53 yuan səviyyəsindən uzaqlaşmışdı.
"FRS bizə yeni bir şey söyləmədo. Valyuta ticarəti sahəsində əsas diqqət H.Klinton və D.Tramp arasındakı fərqin azalmasındadır" deyə Honqkondakı Royal Bank of Canada-dan Syu Trin bildirmişdir.
ABŞ Fedrezervi seçkiqabağı son toplantıdan əvvəl əsas faiz dərəcəsini çərşənbə günü dəyişməz saxladı, lakin iqtisadi vəziyyət və inflyasiyanın sürətlənməsi üzündən dekabrda dərəcəni qaldıra biləcəyinə də işarə etdi.
Avro ilkin olaraq 0.6% qalxıb 1.1125 (11 oktyabrdan bəri ən yüksək qiymət), daha sonra isə 0.14% güclənərək $1,1116 oldu.
investing.com©