San - Fransisko dairə məhkəməsi çərşənbə axşamı günü ABŞ-da alman avtomobil istehsalçısı olan Volkswagen AG (VW)-nın dizel skandalı ilə bağlı 14.7 milyard həcmində ümumi ödəniş iddiasının olduğunu təsdiqlədi. Bu barədə "The Wall Street Journal" jurnalı yazır.
Ödənişlərin tərkibinə amerikalı avtosahibkar ilə çoxmilyardlıq barışıq sazişi daxildir. Sazişə əsasən Volkswagen ona 2 litrlik həcmə malik dizel mühərrikləri olan 475 min avtomobilin alışı üçün təxminən 10 milyard dollar ayırır.
Seçilmiş variantdan asılı olmayaraq, istehlakçı-sahiblərdən hər biri 5.1 min dollardan 10 min dollaradək məbləğdə əlavə kompensasiya alacaqlar, avtomobil lizinqi olduqda isə təxminən 3.5 min dollar alacaqlar.
Bundan başqa, VW ətraf mühiti mühafizə fondlarına 4.7 milyard dollar da verəcəkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi üzrə amerikan agentliyinin (EPA) bəyanatından sonra Volkswagen ətrafında skandal 2015-ci ilin sentyabr ayında başladı. Həmin agentlik iddia edirdi ki, sözügedən konsern dizel mühərrikli avtomobillərdə yoxlamalar zamanı zərərli maddə tullantılarının göstəricilərini aşağı salan kompyuter proqramları quraşdırmışdır. ABŞ hökuməti Volkswagen şirkətini 2009-cu ildən 2015-ci ilədək amerikan bazarına buraxılan təxminən yarım milyonadək maşını geri çağırmağa məcbur etdi.
Volkswagen üzərində tullantılar böyüdülən avtomobillərini geri alacaq və ya onları amerikan ekoloji standartlarına uyğun şəkildə öz hesabına modernizasiya edəcəkdir. Seçilmiş variantdan asılı olmayaraq, hər bir istehlakçı-sahib həmçinin 10 min dollar həcmində əlavə kompensasiya alacaqdır.
investing.com©